Noyabrın 11-də Bakıdakı 27 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, qəbula gələn vətəndaşlar məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri, avadanlığın yenilənməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb, bir sıra müraciətlər yerindəcə həllini tapıb. Digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB