Məktəblərdə tədris edilən fənlərin SİYAHISI

Təhsil Nazirliyi Azərbaycanda ümumi təhsilin səviyyələrində tədris edilən fənlərin siyahısını açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, yeni hazırlanan Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsinə əsasən ibtidai təhsil səviyyəsində "Azərbaycan dili (tədris Azərbaycan dilində olan məktəblərdə), rus dili (tədris rus dilində olan məktəblərdə), gürcü dili (tədris gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili-dövlət dili kimi" (tədris digər dillərdə olan məktəblərdə), "Xarici dil", "Riyaziyyat", "İnformatika", "Həyat bilgisi", "Texnologiya", "Fiziki tərbiyə", "Musiqi", "Təsviri incəsənət" fənləri tədris edilir.

Ümumi orta təhsil səviyyəsində isə 20 fənn tədris olunur ki, bunlara da "Azərbaycan dili (tədris Azərbaycan dilində olan məktəblərdə), rus dili (tədris rus dilində olan məktəblərdə), gürcü dili (tədris gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili-dövlət dili kimi" (tədris digər dillərdə olan məktəblərdə), "Ədəbiyyat", "Xarici dil", "İkinci xarici dil", "Riyaziyyat", "İnformatika", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Texnologiya", "Fiziki tərbiyə", "Çağırışaqədərki hazırlıq", "Musiqi", "Təsviri incəsənət" daxildir.

Tam orta təhsil səviyyəsində isə təmayüllü siniflərdə və qeyri-təmayül siniflərində tədris olunan fənlərin sayı fərqlənir. Belə ki, təmayüllü siniflərdə Təmayül fənləri, tədris dili, "Azərbaycan dili - dövlət dili kimi" (tədris digər dillərdə olan məktəblərdə), "Xarici dil", "Riyaziyyat", "Fiziki tərbiyə", "Çağırışaqədərki hazırlıq", qeyri-təmayül siniflərində isə "Azərbaycan dili (tədris Azərbaycan dilində olan məktəblərdə), rus dili (tədris rus dilində olan məktəblərdə), gürcü dili (tədris gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili - dövlət dili kimi" (tədris digər dillərdə olan məktəblərdə), "Ədəbiyyat", "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Fiziki tərbiyə", "Çağırışaqədərki hazırlıq" fəni tədris edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə