“Qərb Universiteti yüksək elmi-pedaqoji potensiala malik ali təhsil ocağıdır”

“Qərb Universiteti yüksək elmi-pedaqoji potensiala malik ali təhsil ocağıdır”

"Qərb Universiteti beynəlxalq səviyyədə bakalavr və magistr hazırlığının həyata keçirən yüksək elmi-pedaqoji potensiala malik bir ali təhsil ocağıdır". SİA-nın xəbərinə görə, bunu təhsil eksperti Şahlar Əsgərov deyib.

Professor bildirib ki, bu gün bu universitetdə 180-dan çox yüksək səviyyəli alim (akademik, professor, dosent) və pedaqoqlarımız, üstəlik 25-dən çox xarici müəllim çalışır: "Respublikanın bir sıra görkəmli şəxsləri, alimləri məsləhətçi və diplom rəhbəri kimi universitetlə yaxından əməkdaşlıq edirlər. Qərb Universitetində 1000-dən artıq tələbə müxtəlif ixtisaslar üzrə əyani və qiyabi formada bakalavr və magistr təhsili alır. Universitetdə tələbələrə keyfiyyətli təhsil vermək üçün mükəmməl təhsil mühiti yaradılmışdır. Tədrisin yüksək səviyyədə aparılmasında universitetin zəngin maddi-texniki bazası var".

Ş. Əsgərov qeyd edib ki, Qərb Universiteti keçid dövründə Respublikanın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirərək Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına amallarına uyğun dəstək verib: "Dünyanın müxtəlif ölkələrindən bir çox tələbənin Universitetə axını onun beynəlxalq nüfuzundan xəbər verir. Qərb Universiteti bir çox sanballı beynəlxalq qurumların üzvüdür. Qərb Universiteti bitirən yüzlərlə məzunları respublikamızın dövlət və qeyri-hökümət orqanlarında, müxtəlif kütləvi informasiya vasitələrində, xarici ölkələrin Azərbaycanda olan nümayəndəliklərində, beynəlxalq şirkətlərdə və xarici ölkələrdə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə