Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı noyabrın 10-da Hindistanın Yeni Dehli şəhərində öz işinə başlamış 12-ci Ali Təhsil Sammitində (XII FICCI Higher Education Summit 2016) iştirak edir. Universitetdən SİA-ya verilən xəbərə görə, sammitdə dünyanın 100-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edir. Sammitə Amerika, Avropa, Asiya, Yaxın Şərq, Afrika və digər regionlardan nümayəndələr, universitet rəhbərləri, təhsil bağlı qurumlar qatılıb. Eləcə də tədbirdə dövlət rəsmilərinin, diplomatların, biznes qurumlarının nümayəndələrinin, tələbələrin, tanınmış təhsil ekspertlərinin iştirakı nəzərdə tutulub.
Tədbirdə Azərbaycandan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva və 5 nömrəli Bakı Peşə Liseyinin əməkdaşı Bahar Əsgərova iştirak edir.
Sammitdə qloballaşan dünyada ali təhsilin inkişaf istiqamətləri, elm, ali təhsil və sənaye əlaqələrinin yeni səviyyədə qurulması yolları müzakirə edilir.
Sammit noyabrın 12-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB