ADNSU-da Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

ADNSU-da Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Noyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Ali məktəbdən SİA-ya verilən xəbərə görə, universitetin prorektorlarının professor və müəllim heyətinin, eləcə də tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən prorektor, dosent Qasım Məmmədov Konstitusiya günü münasibəti ilə hər kəsi təbrik edib. Dövlət Konstitusiyasının qəbul olunma tarixi haqqında tədbir iştirakçılarına məlumat verən Qasım Məmmədov Konstitusiyanın yaranmasını şərtləndirən tarixi səbəblərdən danışıb. O 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul olunması ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoyulduğunu vurğulayıb.

İctimai fənlər kafedrasının dosenti Vüqar Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasının tarixidən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, Konstitusiyaya edilən əlavə dəyişikliklərdən, eləcə də Azərbaycanın hazırkı inkişafından və əldə olunan nailiyyətlərdən danışıb. 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin əsas Qanununu qəbul edə bilmədiyini xatırladan V.Məmmədov 1995-ci ildə qəbul olnmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk Konstitusiyası olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə