Neft və Sənaye Universitetinin kitabxanasında “Yeni nəşrlər” sərgisi açılıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsaslı kitabxanasında "Yeni nəşrlər" sərgisi açılıb.
Universitetdən verilən xəbərdə deyilir ki, sərgidə bu ali məktəbin profilinə uyğun yeni kitablar, dərslik və dərs vəsaitləri, həmçinin müxtəlif sahələrə dair çap məhsulları nümayiş olunur. Universitetdə əsaslı kitabxanaya daxil olan ədəbiyyatlar haqqında daha operativ məlumatın təşkili üçün məlumat xidmətinin "Yeni nəşrlər" formasından istifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB