Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçirilib. SİA-nın məlumatına görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpəvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, KİV rəhbərləri, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.
Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respblikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa ediblər.
Sonra minlərlə yürüşçü "Azneft" meydanı yaxınlığından Dövlət Bayrağı Meydanındakı yürüş ediblər.
Yürüşün sonunda Dövlət Bayrağı Meydanında xatirə fotosu çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB