Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.
BANM-dan SİA-ya verilən məlumata görə, rektor Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-da görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib. Elmar Qasımov BANM-da tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat səmimi qəbula görə təşəkkür edib. Əddülqafur Böyükfırat BANM-ın Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb.
Qeyd edək ki, görüşdə BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, həmçinin BANM-ın YÖK-lə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB