Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçiriləcək. SİA-nın Təhsil nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB