Abel Məhərrəmov: "Tələbələr I kursdan elmi iş yazmağa başlayıblar"
"Bakı Dövlət Universitetində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olan tələbələr artıq 1-ci kursdan etibarən elmi iş yazmağa başlayıblar. Bu, elmlə təhsilin vəhdətinin yaradılması təmin edilir". SIA-nın məlumatına görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov II Azərbaycan Elm Festivalının açılış mərasimində deyib.
Onun sözlərinə görə, elmi iş yazmaqda 600-dən aşağı bal toplayanlar bu məsələdə sərbəstdilər: "Amma məsələ bundadır ki, 600-dən yüksək bal toplayanlarla nisbətən 600-dən aşağı bal toplayanlar buna daha çox həvəs göstərirlər".
Abel Məhərrəmov hesab edir ki, təhsilin elmə inteqrasiyası daha da gücləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB