"Yazının Mikayıl Cabbarova aidiyyatı yoxdur" nazirlikdən təkzib

"Yazının Mikayıl Cabbarova aidiyyatı yoxdur" nazirlikdən təkzib

"Respublika" qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı" adlı yazı dərc edilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-yaverilən məlumata görə, rəsmi dövlət qəzetində çap olunan yazının nazirə aidiyyatı yoxdur.

Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika" qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə