Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "SABAH" qruplarının IV kurs tələbələrinin "Ritorikaya giriş və tənqidi təfəkkür" fənnindən "İctimai çıxış və ictimai natiqlik" mövzusunda seminar təşkil olundu. ADU-dan SİA-ya verilən məlumata görə, interaktiv formada keçirilən nümunəvi dərsdə İngilis dilinin üslubiyyatı kefedrasının dosenti Aytən Allahverdiyeva iştirakçılara ictimai natiqlik və onun sirləri barədə məlumat verdi, həmçinin tələbələr mövzu ilə bağlı öz fikirlərini bildirdilər.
Daha sonra qonaq qismində dəvət olunan Titan kollecinin direktor müavini, təhlükəsizlik üzrə təlimçi və məsləhətçi Samir Cavadov "İctimai natiqlik qorxuları" haqqında təqdimatla çıxış etdi, tələbələri maraqlandıran sualları cavablandırdı.
Sonda mövzuya dair video-çarx izlənildi, tələbələrin qrup şəklində təqdimatları dinlənildi və qiymətləndirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB