Peşə məktəbləri yataqxanalarla təmin olunacaq

Peşə məktəbləri yataqxanalarla təmin olunacaq

"Peşə təhsili müəssisələrində təhsil almaq istəyən yaşlı insanlar üçün axşam növbələri yaradılacaq". SİA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

Yaşlı insanların heç bir imtahan vermədən mərkəzlərdə oxuya biləcəyini deyən agentlik direktoru bildirib ki, həmin insanlar da təhsilini digərləri kimi dövlət hesabına alacaqlar.

Direktorun sözlərinə görə ixtisaslaşan lakin diplomu olmayan şəxslərlə sertifikaltların verilməsi də nəzərdə tutulub: "Ola bilsin kimsə fərdi şəkildə müəllim tutaraq hanısasa peşəyə yiyələnib, lakin heç bir diplomu və ya sənədi yoxdur. Belə şəxslərə sertifikatların verilməsi nəzərdə tutulur".

Peşə təhsili üzrə təhsil alanların təqaüd alması məsələsinə gəlincə, F. Mustafayev söyləyib ki, hazırda təqüdün verilməsi ilə bağlı məsələ gündəmdə olmasa da, bu haqda düşünülür: "Əslində bir çox ölkələrdə təqaüd yoxdur. Lakin bizdə peşə təhsilinə yönələnlərin əksəriyyəti imkansız ailələrdən olduğundan məsələ haqda düşünülür".

Direktor bildirib ki, birləşdirilən peşə təhsili müəssisələrinin binaları təhsil almaq üçün normal vəziyyətdə olmadığı halda yeni binaların tikilməsi məsələsi qaldırılacaq: "Peşə təhsili müəssisələri yataqxanalarla da təmin olunacaq. Bu əsasən böyük şəhərlədə ola bilər".

O qeyd edib ki, Bakı şəhəri üzrə 26 peşə təhsil müəssiəsi birləşdirilərək 1 təhsli mərkəzi, Gəncədə isə 6 peşə məktəbi birləşdirilərək 2 təhsil mərkəzi yaradılıb.

F.Mustafayev vurğulayıb ki. rasionallaşdırma nəticəsində regionlarda ixtisaslaşdırılmış Regional Təhsil Məkəzləri yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə