"Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti Bakı məktəblərindəki davamiyyətə hər hansı bir təsir etməyib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bu gün yağan yağışla əlaqədar Bakı ətrafı ərazilərdə dərsə davamiyyətin aşağı düşməsi qeydə alınıbsa da, bu, obyektiv səbəblərdən, yollarda yaranan çətinliklərdən irəli gəlib: "Ancaq hesab etmirəm ki, hazırki hava şəraiti məktəblərdə davamiyyətin aşağı düşməsi və ya tədrisin dayanmasına səbəb ola bilər".
Bakı məktəblərinin istilik təhizatı ilə bağlı sualı cavablandıran M. Vəliyeva söyləyib ki, məsələ ilə əlaqədar müəyyən problemlər hələ də qalmaqdadır: "Ötən tədris ilinin aprel ayından məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılı və istilik sistemində problem olan məktəblərin hər birinin siyahısı müəyyənləşdirilib. Qış mövsümünün başlamasına 1 aydan az müddət qalıb. Bu baxımdan idarə tərəfindən problemlərin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə verilən müvafiq təkliflər aidiyyatı orqanlara göndərilib. Məsələ diqqət mərkəzindədir. Dəqiq say deyə bilmərəm, ancaq belə məktəblər mövcuddur. Lakin bu problem az sayda məktəbləri əhatə edir. Bəzi məktəblərdə isə problem artıq yay ərzində aradan qaldırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB