Azərbaycan Dillər Universitetinin (ADU) Alman oxu zalı və Höte İnstitutunun birgə təşkilatçılığı ilə alman ədəbiyyatını sevənlər üçün "Ədəbi oktyabr-Klaudia Ruşun Qafqaza səfəri" adlı tədbir çərçivəsində müasir alman ədəbiyyatının nümayəndəsi, alman yazıçı və jurnalist Klaudia Ruşun iştirakı ilə "Oxu günü" keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə universitetin Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, müəllim heyəti və tələbələri, həmçinin alman ədəbiyyatı ilə maraqlanan şəxslər iştirak etdi.
Tədbirdə yazıçı Klaudia Ruş müəllifi olduğu "Mənim azad alman gəncliyim, "Pişiklər" "Mənim Rüqenim" adlı əsərlərindən hissələr oxudu və digər Cənubi Qafqaz ölkələrində iştirak etdiyi ədəbi gecələr haqqında danışdı.
Sonda yazıçı öz yaradıcılığı ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırdı.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB