Məktəbəhazırlıqla bağlı yeni QƏRAR

Məktəbəhazırlıqla bağlı yeni QƏRAR

Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib. SİA-nın məlumatına görə, qərara əsasən, Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nın 4-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilir:

"4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.

4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:

Məşğələlər

Kütləvi qruplarda

Azsaylı xalqların uşaqlarından ibarət qruplarda

Ətraf aləmlə tanışlıq

1 1
Savad təliminə hazırlıq və nitq inkişafı 2 4

Bədii təfəkkürün inkişafı

1 1

Məntiqi və riyazi təfəkkürün inkişafı

2 2

Təsviri fəaliyyət

2 1
Musiqi 2 1

Fiziki mədəniyyət

2 2

4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.".

Qeyd edək ki, bundan əvvəl məktəbəhazırlıq qruplarında ana dili və bədii ədəbiyyat üzrə iş; savad təliminə hazırlıq və nitq inkişafı; ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi); Azərbaycan (rus) dili; sadə riyazi təsəvvürlərin inkişafı; təsviri sənət və kəsib yapışdırma; quraşdırma, gil işi; musiqi; fiziki mədəniyyət məşğələləri keçirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə