Bakı Ali Neft Məktəbindən intihar etmiş tələbə ilə bağlı AÇIQLAMA
Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.
BANM-dan SİA-ya verilən məlumata görə, hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, son vaxtlar tələbə özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib, BANM-ın müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar.
BANM-ın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB