Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Ədalət Abbasov sentyabrın 15-də Rusiyanın Penza şəhərində keçirilən "Elm və Təhsil" beynəlxalq elmi əməkdaşlıq mərkəzinin "İlin müəllimi" Beynəlxalq elmi-praktiki müsabiqəsində "Peşəkar təhsilin nəzəriyyəsi və metodikası" bölməsi üzrə I dərəcəli diplomla təltif olunub. Bu barədə SİA-ya universitetdən məlumat verilib.
Bildirilib ki, ADNSU-nun dosenti "Müəyyən şəxsli cümlələrin struktur-semantik xüsusiyyətləri elmi işi ilə bu mükafata sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB