Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq qapı günü keçirilib. Universitetsən SIA-ya verilən xəbərə görə, tədbirdə ADNSU-nun rektoru, prof. Mustafa Babanlı universitetin professor və müəllim heyəti, eləcə də tələbə və valideyinlər iştirak edib. Rektor, prof. M.Babanlı tədbir iştirakçılarını salamlayaraq ötən ilin yekunları, ali məktəbdə həyata keçirilən islahatlar və gələcək layihələr haqqında məlumat verib. 2015-2016-cı tədris ilində əldə olunan uğurlardan danışan rektor qeyd edib ki, məhz bu il ADNSU –da İlk dəfə yüksək səviyyəli və təmtəraqlı məzun günü keçirilib, İT akademiyaların buraxılışı olub, təcrübələrdə yeni standartlara keçilib, bakalavriatura, doktorantura və magistratura üzrə qəbulda ən yüksək nəticələr əldə olunub, Azərbaycan və Fransa ali təhsilində ilk dəfə məhz ADNSU-nun nəzdində Fransız Azərbaycan Univeristeti (UFAZ) yaradılıb. "İlk növbədə qeyd edim ki, görülən bütün işlər kəmiyyət yox keyfiyyət üzərində qurulub. Bu səbəbdən də bu tədris ilini keyfiyyət ili adlandırmışıq. Bizim üçün önəmli olan keyfiyyətdir. 2016-2017-ci tədris ilinə qəbul prosesindən çox razı qaldım. Bir məqama toxunmaq kifayət edər ki, ADNSU-nun bu il qəbulda yüksək nəticə əldə etdiyi aydın olsun. Belə ki, bu il bakalavriatda 1-ci qrup üzrə 500-dən çox bal topluyan tələbələrin 51%-i məhz ADNSU-nu seçdi. Ötən il 117 nəfər 600-dən çox bal toplayan tələbə vardısa, bu gün univeristetimizdə 165 nəfər 600-dən çox bal toplayan tələbəmiz var. Bu o deməkdir ki, biz düzgün yoldayıq. Hətta universitetimizdə 65 yaşında ikinci ali təhsil alamq istəyən şəxs var, bu isə bizim böyük uğurumuzdur". Rektor çıxışında magistrların işlə təmin olunması, yeni təqaüdlər verilməsi haqqında da iştirakçılara məlumat verib. Qeyd edib ki, hər bir magstrantın işlə təmin olunmasına çalışılacaq və bu il İsmayıl İbrahimov və Xoşbəxt Yusifzadə adına iki təqaüd təsis olunacaq. Fakültələr arasında tələbələri həvəsləndirmək üçün ən yaxşı qrup nominasıyaları üzrə pul mükafatlarının verilməsi də davam etdiriləcək. "Bütün bunlara baxmayaraq , bu il həyata keçirilən islahatalar nəticəsində uğurlarımız nə qədər çox olsa da təhsildə hazırki nailiyyətlərimiz məni qane edən səviyyədə deyil. Bunlar məni cəmi 10% qane edir. Razıyam elə məqamlar var ki, bizim düz yolda olduğumuzu sübüt edir. Amma bunlarla kifayətlənmək olmaz, daha da irəli getmək və yeniliklər etmək lazimdir. Bunun üçün də hazırda elektron təhsillə bağlı yekunlaşma işlərimiz gedir, yeni yanaşmalar olacaq, regionda ilk dəfə gündəlik təcrübə sistemini tətbiq edəcəyik, sənaye yönümlü müəssisələrlə univeristet arasında əlaqələr genişləndiriləcək, mərkəzləşmiş kollokviumlar keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB