Orta ixtisas təhsil müəssisələrində tələbələrin köçürülməsi elektron qaydada aparılacaq. SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən press brifinqdə məlumat verib.
O bildirib ki, kolleclərdə tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
C. Valehov qeyd edib ki, cari ildə təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib: "Ümumi müraciət edənlərin sayı 241 nəfər olub, onlardan 83 nəfərinə müsbət cavab verilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB