Bu il 2365 nəfər müəllim adını qazanıb

Bu il 2365 nəfər müəllim adını qazanıb

"Mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O qeyd edib ki, müəllim adını qazananlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib: "Bu il müəllimlərin işə qəbul imtahanlarının nəticələrinə əsasən, orta bal göstəriciləri də artıb. Bu da keyfiyyətli müəllim sayının artması deməkdir. Bu il rekord sayda müəllim-31779 nəfər vakant yerlərə müraciət edib və vakant yerlər də bu il rekord sayda təqdim olunub. Əlavə yerləşdirmədə isə 252 vakant yer çıxarılıb. Ucqar kəndlərdəki vakant yerlər tutulmayanda isə ora keçid balı toplamış müəllimlər dəvət olunub. Bu il müsabiqəyə çıxarılan vakant yerlərin sayı müsabiqələrdən sonra az qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə