Oktyabrın 5-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Müəllimlər günü" müansibətilə tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADNSU-nun rektoru prof Mustafa Babanlı müəllimlər günü münasibətilə bütün müəllim və professor heyətini təbrik edib. O, Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Prezidentin Sərəncamını müəllim peşəsinə verilən ən böyük diqqət kimi qiymətləndirib. M. Babanlı ADNSU kollektivindən Xəlifəzadə Çingiz Müzəffər oğlunu Prezident tərəfindən əməkdar elm xadimi adı alması münasibətilə təbrik edərək, universitetn əməkdaşının şərəfli ada layiq görülməsini ali məktəbin uğuru hesab edib.
ADNSU müəllimlərinin beynəlxlaq və yerli layihələrdəki uğurlarından danışan rektor prof M. Babanlı müəllimlərin problemlərinə də toxunub. Rektor qeyd edib ki, müəllimlərin diferensial əmək haqlarına keçməsi nəzərdə tutulur.
Daha sonra rektor müəllim peşəsinin nə qədər şərəfli və eyni zamanda məsuliyyətli olduğunu diqqətə çatdırıb. Xüsusilə də ali məktəb müəllimlərinin daha çox məsuliyyət daşıdığını deyib: "Ən vacib məqam peşəkar müəllim adına layiq olmaqdır. Müəllim adı ən şərəfli addır. Həqiqətən də müəllim ən ali peşədir. Çünki hər kəsin müəllimi olur. Prezidentin də alimin də. Bu səbəbdən də müəllim işi məsuliyyət və etimad deməkdir".
Rektor sonda ADNSU-nun bütün müəllim heyətinə bu şərəfli və çətin işdə müvəffəqiyyətlər arzulayıb və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB