Nəsimi rayonunda Müəllim günü qeyd olunub FOTOLAR

Nəsimi rayonunda Müəllim günü qeyd olunub FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb, Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib.

Asif Əsgərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndərimiz öz çıxışlarında hər zaman qeyd etmişdir ki, "Təhsil millətin gələcəyidir", "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir". Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət alıb.

Heydər Əliyev Fondu və onun Prezidenti, Azərbaycanın birinci xanımı, Millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində nəinki respublikamızda, eləcə də onun sərhədlərindən kənarda yeni məktəblərin tikintisi və köhnələrinin təmiri istiqamətində böyük işlər görülüb.

Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildiriblər. Tədbirdə iştirak edən təhsil işçisinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və gül dəstələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə