Dan Şextman: "Pulsuz təhsil təmin edilməldir"

Dan Şextman: "Pulsuz təhsil təmin edilməldir"

V Bakı Beynəlxalq Humanitar Forumunda Nobel mükafatçılarının çıxışı davam edir. SİA-nın xəbərinə görə, Kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman çıxışında sülhsevər ölkə axtarışında olduğunu qeyd edib.

Onun sözlərinə görə, dünya miqyasında 55 milyon qaçqın və məcburi köçkün var: "İsraildə bir qadına 3 uşaq düşür, elə ölkələr var ki, orada bir anaya 7, elələri də var ki, orada 1 qadına 1 uşaq düşür. Belə hal gələcəkdə insan potensialının azalacağından xəbər verir. Hər bir ölkədə təhsil bizim bir nömrəli vəzifəmiz olmalıdır. Pulsuz təhsil təmin edilməlidir. Valideynlər uşaqlarını təhsilə göndərməlidirlər. Bizə bazar iqtisadiyyatı lazımdır. Hər bir dövlətdə korrupsiya kökündən çıxarılmalıdır. Çində korrupsiyaya qarşı müharibə elan edilib. Bu, çox yaxşı haldır. İsraildə 5 min texnoloji start taplar var. Bu misaldan istənilən dövlət istifadə edə bilər. Elmi erkən yaşlarından tədris etməliyik. Bunu etmək çox asandır, çünki uşaqlar hər şeyi asanlıqla qavraya bilirlər. Hamımız bu işə töhfə verməliyik. İstənilən dövlətin iqtisadiyyatı bundan bəhrələnə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə