ADNSU-da tələbələrlə görüş keçirilib FOTOLAR

ADNSU-da tələbələrlə görüş keçirilib FOTOLAR

Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İqtisadiyyat və Menecment" fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev və universitetin fəal gəncləri iştirak edib.

Tələbələri universitetə daxil olmaları münasibəti ilə təbrik edən Tərbiyə işləri üzrə prorektor Ata Babayev onlara universitetin daxili nizam-intizam qaydalarından danışıb. ADNSU-nun yeganə məramının elm və təhsilin vəhdəti ilə birlikdə gələcəyə yüksək intellektə malik gəncləri yetişdirmək olduğunu vurğulayan prorektor bu uğurda universitetin gördüyü işlər barədə gənclərə məlumat verib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev universitetin tanınmış məzunları və tarixi barədə geniş məlumat verib. Gənclərin dərsdən kənar asudə vaxtlarını daha səmərəli keçirmələri üçün onlara universitetdə fəaliyyət göstərən klub və dərnəklər haqqında məlumat verib. Universitetin fəal gənclərini və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültələr üzrə sədrlərini birinci kurslarla tanış edən Namiq Gəncəyev bütün tələbələri universitetin həyatında fəal iştirak etməyə çağırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə