“Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması" layihəsinin icrasına başlanılıb
Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "Müharibədən zərər çəkən nəqliyyat işçiləri" İctimai Birliyi "Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və orta ümumtəhsil ocaqlarında elmi-praktik konfransların təşkili" layihəsinin icrasına başlayıb.
"Müharibədən zərər çəkən nəqliyyat işçiləri" ictimai birliyinin sədri və layihənin direktoru Xədicə Babayeva həyata keçiriləcək layihənin məqsədləri ilə bağlı SİA-ya açıqlama verib: "Layihənin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və orta ümumtəhsil ocaqlarında mütəxəssislərin iştirakı ilə "Müstəqil dövlətimizin qorunması mühüm şərtdir" mövzusunda seminarların keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, təhsil sahəsindəki tərbiyənin real durumunun aşkarlanması, bu sahədə ictimai monitorinqin keçirilməsi, aidiyyəti təşkilatların iştirakı ilə onların problemlərinin aşkarlanaraq həlli yollarını ortalığa qoymaq, bu yeniyetmə və gənclərin milli vətənpərvərlik hissini təhsildə daha da artırmaq üçün biliklərin verilməsi və elmi-praktik konfransların keçirilməsi üçün bu sahəyə ictimai nəzarəti gücləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB