UNEC-də differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb TƏDBIR
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimayyət nümayəndələrinə açıqlanıb. SİA-nın xəbərinə görə, UNEC-in rektoru, professor Ədalət Muradov differensial əmək haqqı sistemi barədə məlumat verib.
O bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem UNEC-də ilk dəfə ötən tədris ilindən tətbiq olunur: "Sistemin tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun həyata keçirilir. Əmək haqlarına differensial əlavələrin edilməsində məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Mütəmadi olaraq, hər ay üzrə differensial əmək haqqı sistemi əsasında müəllim, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib".
Ə.Muradov qeyd edib ki, hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1,2–2 misli qədər nəzərdə tutulub. Rektor bildirib ki, differensial əmək haqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir. Sistemin işləmə mexanizminı UNEC-in professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının sədr müavini Elşən Bağırzadə təqdim edib. Bildirib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatlar professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının ekspertizasından keçib. Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid olduğundan, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb. Təqdimatdan sonra ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.
Sonda online rejimdə differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB