Millət vəkili Bilik Günündə iştirak etdi

Millət vəkili Bilik Günündə iştirak etdi

Bu gün Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonun məktəblərində də Bilik Günü qeyd olunub. Belə tədbirlərdən biri Xəzər rayonun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 181 №li tam orta məktəbdə keçrilib. Bayram tədbirində Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, Xəzər rayon İcra Hakimiyyəti İcra Aparatının "İctimai–siyasi və humanitar məsələlər şöbəsi"nin müdiri Gülbala Qurbanov iştirak ediblər.

Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək məktəb kollektivini, şagirdləri Bilik Günü münasibətilə təbrik etdi və onlara növbəti tədris ilində uğurlar diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə