BANM "Bilik günü"nu yeni uğurlarla açır SƏS TV

BANM "Bilik günü"nu yeni uğurlarla açır SƏS TV

Bakı Ali Neft Məktəbində (BANM) 2016/2017-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell , o cümlədən SOCAR-ın vitse-prezidentləri, struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-ın professor-müəllim heyəti , tələbələr və onların valideynləri iştirak ediblər. Tədbirdən öncə qonaqlar tərəfindən Ulu Öndər Heydər Əliyevin Ali Məktəbin foyesində qoyulan büstü ziyarət olunub və bütün önünə gül dəstələri düzülüb. Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını və qonaqları salamlayaraq onları bu əlamətdar gündə BANM-da görməkdən məmnun olduğunu bildirib. Rektor 2016/2017-ci tədris ilində yüksək bal toplayaraq Ali məktəbin tələbəsi adını qazanan abituriyentləri və valideynlərini yeni tədris ili münasibətilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında danışan Elmar Qasımov bildirib ki , bu il ali məktəblərə I qrup üzrə keçirilən qəbulda BANM üzrə orta göstərici 667 bal olub. O, I qrup üzrə keçirilən test imtahanlarında 700 bal toplayan 2 tələbənin məhz bu ali təhsil müəssisəsinə daxil olduğunu dedi. Elmar Qasımov bu il BANM-ə qəbul olan 17 tələbənin Prezident təqaüdçüsü adın layiq görüldüyünü qeyd edib. Tədbirdə çıxış edən SOCAR prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəb kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. O , Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan BANM-ın qısa müddət ərzində infrastrukturunun, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib. R.Abdullayev BANM-də 2016/2017-ci tədris ilində işlərin davam etdiriləcəyinə, Ali Məktəbin fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə edib. BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell öz növbəsində Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkət arasında ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Qordon Birell BANM-ın yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirib. O, hər il Ali Məktəbin tələbələrinin BP layihələrində uğurlu iştirak edərək I yer qazandıqlarını qeyd edib: "BANM BP-nin ən yaxşı tərəfdaş Ali Məktəbidir. Mən yeni tədris ili münasibətilə bütün tələbə və valideynləri təbrik edir, onlara təhsildə uğurlar arzu edirəm. Tədbirdə çıxış edən tələbələr burada təhsil almalarından sevinc hissi keçirdiklərini bildiriblər. Tədbirin sonunda qonaqlar 2016-2017 ci tədris ilində BANM-ın tələbəsi adını qazananlara tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə