Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənəd qəbulu başa çatıb. SİA-nın xəbərinə görə, sənəd qəbulu bu il avqustun 10-dan sentyabrın 5-dək aparılıb. Avqustun 30-nadək transfer.edu.az portalına 906 tələbə müraciət edib, onlardan 125 tələbə köçürülmək istədikləri universitetləri seçərək sorğularını təsdiqləyib. 125 tələbənin 67-si yerli ali təhsil müəssisələrindən, 58 tələbə isə xarici ali təhsil müəssisələrindən köçürülmək istəyib.
Qeyd edək ki, təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 545 nömrəli "Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə" əmrinə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilməyə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB