156 tələbə yataqxana ilə təmin ediləcək

156 tələbə yataqxana ilə təmin ediləcək

Yeni tədris ilindən Azərbaycanda 156 tələbə Təhsil Nazirliyi tərəfindən xüsusi yataqxana ilə təmin olunacaq. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, onlar 2016/2017-ci tədris ilindən SABAH qruplarına qəbul olunmuş və SABAH yataqxanası ilə təmin olunmuş tələbələrdir.

Sabah yataqxanası ilə təmin olunan 156 nəfərdən 29-u Azərbaycan Dövlət İqtisad Universiteti, 34-ü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 44-ü Bakı Dövlət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 14-ü Azərbaycan Dillər Universiteti, 16-sı Azərbaycan Texniki Universiteti, 6-sı Azərbaycan Memarlıq və İnşaat Universiteti, 2-si Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, 1-i Bakı Slavyan Universiteti, 1-i isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.

Tələbələr yataqxanada pulsuz yaşayış və gündə 3 dəfə qidalanma ilə təmin olunurlar.

Yataqxanaya yerləşmə vaxtı haqqında məlumat yaxın günlərdə sabah.edu.az saytında və facebook səhifəsində yerləşdiriləcək.

Yataqxana Bakı şəhəri,Yasamal rayonu İ. Zülalov küç. 30 ünvanında yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə