UNEC-ə yeni qəbul olan tələbələr üçün “Oriyentasiya günü”

UNEC-ə yeni qəbul olan tələbələr üçün “Oriyentasiya günü”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sentyabrın 14-də yeni qəbul olan tələbələr üçün "Oriyentasiya günü" keçiriləcək. Dünya universitetlərində ənənəvi təşkil olunan bu tədbirin məqsədi yeni qəbul olan tələbələri universitet həyatı ilə tanış etməkdir.

UNEC-dən SİA-ya verilən məlumata görə, tədbirdə universitet barədə təqdimatlar olacaq və tələbələr üçün əyləncələr təşkil ediləcək. Karyera mərkəzi tərəfindən universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə