Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "The Journal of Economic Sciences: Theory and Practice" elmi jurnalı Akademik Resurs İndeksində ("ReseachBib" index) yoxlanılaraq qiymətləndirilib və uğurla qeydiyyatdan keçib. UNEC-dən bildiriblər ki, "ResearchBib" yüksək standartlara cavab verən tədqiqat və elmi məqalələr bazasıdır.
Qeyd edək ki, bundan əvvəl UNEC-in elmi jurnalı "EBSCO", "EcoLit" (Amerika İqtisadçılar Birliyi), "Türk Education İndex" kimi tanınmış bazalarda indeksə olunub. Nəşrin bütün nömrələri ilə http://journalseeker.researchbib.com/view/issn/2220-8739 linkində tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB