UNEC-in tələbələri aparıcı universitetlərdə təhsillərini davam etdirəcək
2016-2017-ci tədris ilinin payız semestrində beynəlxalq mübadilə proqramları çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 28 tələbəsi Fransa, Türkiyə, Rumıniya, Niderland, Koreya Respublikası və Polşanın aparıcı universitetlərində təhsillərini davam etdirəcək.
Universitetdən SİA-ya verilən məlumata görə, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb.
Qeyd edək ki, UNEC-in beynəlxalq əlaqələri xarici ölkələrin universitetləri ilə əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin bu təhsil ocağına cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB