Rusiyanın təhsil naziri vəzifədən getdi

Rusiyanın təhsil naziri vəzifədən getdi

Rusiyanın təhsil naziri Dmitri Livanov istefa verib. SİA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin təhsil nazirinin istefasını qəbul edib.

D.Livanov bundan sonra başqa vəzifədə çalışacaq. V.Putin onu özünü Ukrayna ilə ticari-iqtisadi əlaqələr üzrə xüsusi nümayəndəsi təyin edib.

Qeyd edək ki, yeni təhsil naziri Prezident Administrasiyasının əməkdaşı Olqa Vasilyeva olub.

Bütün xəbərlər Facebook səhifəmizdə