Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrini açıqladı. SİA-nın məlumatına görə, nəticələrə əsasən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin cari ildə məzun olan 24 şagirdi ənənəyə sadiq qalaraq ötən illərdə olduğu kimi bu ildə Respublikanın nüfuzlu ali məktəblərinə 100%-lik nəticə ilə qəbul olublar. Təhsil Kompleksinin builki məzun buraxılışı üzrə 24 şagirdindən 15-i (62.5%) 600 baldan yuxarı toplamaqla orta bal 606.625 təşkil edib. Məzunlardan 7 nəfəri Qafqaz Universitetinə, 4 nəfəri Xəzər Universitetinə, 4 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 3 nəfəri Azərbaycan Tibb Universitetinə, 2 nəfəri Bakı Ali Neft Məktəbinə, 2 nəfəri Bakı Dövlət Universitetinə, 1 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 1 nəfəri isə Fransa-Azərbaycan Universitetinə qəbul oldular.
Xatırladaq ki, buna qədərki 3 məzun buraxılışı da 100 faiz ali məktəblərə qəbul olan Təhsil Kompleksinin ötən tədris ilində ali məktəblərə qəbul göstəriciləri üzrə orta balı 623 olmuşdur ki, bu da Respublika üzrə rekord göstəricidir.
Qeyd edək ki, Azərbaycan Respublikasıının Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan müasir təhsil kompleksi 2010-cu ildə Biləsuvar şəhərində Mərkəzi Bankın dəstəyi ilə açılıb. Beynəlxalq təhsil standartlarına cavab verən təhsil kompleksinin açılmasında məqsəd şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq, hər bir şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək və liderlik keyfiyyətlərini təlqin etdirməkdən ibarətdir. Həmçinin, Təhsil Kompleksində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif klublar, dərnəklər, idman seksiyaları, mahnı və rəqs ansamblı, teatr fəaliyyət göstərir. Sosial yönlü təhsil proqramları çərçivəsində şagirdlər il ərzində müxtəlif layihələrdə iştirak edirlər. Bununla yanaşı burada bir neçə xarici dilin öyrədilməsi əsas prioritetlərdən biridir.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin builki qəbul imtahanlarında 100 faiz nəticə göstərərək tələbə adını qazanmış məzunlarının siyahısı təqdim edirik:
1. Həsrətli Vüsal 681 (ATU, Müalicə işi)
2. Abbaszadə Fidan 675 (BANM, Proseslərin avtomatlaşdırılması mühəndisliyi)
3. Əbilov Məsud 665 (BANM, Kimya mühəndisliyi)
4. Nuriyev Nicat 655 (Qafqaz Universiteti, Mühasibat uçotu və audit)
4. Əzimov Kamran 652 (ADİU, Maliyyə)
6. Mehdizadə Leyla 648 (ATU, Müalicə işi)
7. Məmmədli Yağmur 647 (Qafqaz Universiteti, Biznesin idarə edilməsi)
8. Cəfərova Gülnar 642 (ATU, Müalicə işi)
9. Məmmədzadə Tural 639 (Qafqaz Universiteti, Mühasibat uçotu və audit)
10.Tağızadə Ülviyyə 635 (Qafqaz Universiteti, Mühasibat uçotu və audit)
11. Kazımlı Aqşin 634 (Xəzər universiteti, Kompüter mühəndisliyi)
12. Nəzərov Ümid 630 (Xəzər universiteti, Kompüter mühəndisliyi)
13. Abdullazadə Nigar 608 (Qafqaz Universiteti, İngilis dili və ədəbiyyatı )
14. Məmmədli Məhəmməd 605 (Xəzər Universiteti, Kompüter mühəndisliyi)
15. İbrahimova Aysel 601 (Qafqaz Universiteti, Dünya İqtisadiyyatı)
16. Əlizadə Əyyub 594 ( Xəzər Universiteti, Kompüter mühəndisliyi)
17. Cəfərli Vəkil 582 ( ADİU, Dövlət və Bələdiyyə idarəetməsi)
18. Qurbanlı Mətləb 579 (ADİU, Biznesin idarə edilməsi)
19. Şabılı Bəhruz 578 ( ADNSU, Kompüter mühəndisliyi)
20. Əlizadə İsmayıl - 563 (Fransa-Azərbaycan Universiteti, Kimya mühəndisliyi)
21. Hüseynzadə Zərifə 546 (BDU, Sosial iş)
22. Əmənov Şəmsəddin 545 (Qafqaz Universiteti, Dövlət və Bələdiyyə idarəetməsi)
23. Qafarov Vüqar 518 (ADİU, İnformasiya texnologiyaları)
24. Siruz Tağızadə 437 (BDU, İqtisadiyyat)
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB