Masallının dörd kəndində yeni məktəb binaları istifadəyə veriləcək

Masallının dörd kəndində yeni məktəb binaları istifadəyə veriləcək

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Masallı rayonunun dörd kəndində yeni məktəb binaları inşa edilir.

Yeni dərs ilində istifadəyə veriləcək 140 şagird yerlik Dəlləkoba və Çayqırağı, 180 şagird yerlik Şatroba və 120 şagird yerlik Zuvand kənd orta məktəblərinin yeni binalarının tikintisində son tamamlama işləri görülür.

Qeyd edək ki, son üç ildə Masallı rayonunda 36 məktəb binası tikilib istifadəyə verilib, 7 təhsil ocağı isə əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə