UNEC Makedoniyanın institutu ilə birgə kadrlar hazırlayır

UNEC Makedoniyanın institutu ilə birgə kadrlar hazırlayır

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu (QMTTİ) ilə birgə kadr hazırlığını həyata keçirir. UNEC-dən bildirilib ki, universitet ilə QMTTİ arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən neft və qazın idarə edilməsi və daşınması üzrə magistr proqramı fəaliyyətə başlayıb.

Proqram çərçivəsində UNEC-in beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Fariz Quliyev QMTTİ-də Avropa Kredit Transferi Sisteminə əsasən akademik yükü 7.5 kreditə bərabər neft və qaz sənayesinin iqtisadiyyatı fənnini müvəffəqiyyətlə tədris edib.

Bütün xəbərlər Facebook səhifəmizdə