Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, əmrə əsasən qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılacaq.
İnformasiya şöbəsinə əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin internet saytında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB