Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Norveçin Oslo Universitetinin Beynəlxalq Yay məktəbi çərçivəsində təşkil edilmiş Beynəlxalq Forumda mühazirə ilə çıxış edib.
ADU-dan SİA-ya verilən məlumata görə, "Cənubi Qafqaz regionunda münaqişələr və təhlükəsizlik: region nə üçün xüsusi əhəmiyyətlidir" mövzusunda təşkil edilmiş mühazirədə Cənubi Qafqaz regionunda baş verən silahlı münaqişələr və işğal faktı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmaması (BMT qətnamələri və ATƏT-in missiyasının uğursuzluğu), böyük dövlətlərin regiona olan marağı və geosiyasi durumunun əhəmiyyəti, Xəzər dənizi və enerji siyasəti, eləcə də regionun gələcək inkişaf perspektivləri və təhlükə potensialları haqqında fikir mübadiləsi aparılıb.
Mühazirə zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətin, beynəlxalq missiyaların, Azərbaycanın multikultural ənənələri, Cənubi Osetiya, 2008-ci il Gürcüstan-Rusiya müharibəsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Mühazirədə Azərbaycan, Gürcüstan, Ukrayna, Norveç, Xorvatiya, Konqo, Nigeriya, Pakistan, ABŞ, Rusiya, Bosniya və Hersoqovina, Nepal, Ermənistandan olan iştirakçılar iştirak edirdi.
Sonda, Oslo Universiteti yay məktəbinin direktoru və Oslo Sülh Araşdırmaları İnstitutunun əməkdaşı E. Vannebo Cənubi Qafqazda silahlı münaqişələr və təhlükəsizlik, eləcə də region ətrafında baş verən geosiyasi yerdəyişmələr və onların yaratdığı təsirlər haqqında dolğun mühazirə və müzakirələr təşkil etdiyi üçün Anar Nağıyevə təşəkkür etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB