2016/2017-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisası üzrə gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər müvafiq sənədləri avqustun 1-dən 15-dək TQDK-ya və ya TQDK-nın Regional bölmələrinə təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqə 5 iyul tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB