2016/2017-ci tədris ilinda SABAH qruplarında bir sıra ixtisaslar yaradılmayacaq. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsi zamanı qeyd olunan ixtisaslar üzrə test imtahanında iştirak etmiş, müvafiq olaraq keçid balını toplamış tələbələrin sayı akademik qrupun formalaşdırılması üçün tələb olunan minimal saydan (15 nəfər) az olduğu üçün qeyd olunan ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq.
Bu ixtisaslara məktəbəqədər təlim və tərbiyə, fizika, psixologiya, tarix, ekologiya mühəndisliyi, elektrik mühəndisliyi və biotibbi texnologiya mühəndisliyi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB