Pediatriya İnstitutunda təqdimat olub

Pediatriya İnstitutunda təqdimat olub

Respublika Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Pediatriyada müasir laborator-diaqnostik metodlar" mövzusunda təqdimatı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təqdimatda müasir laboratoriya, müasir mikrobiologiyanın vəzifələri, avtomatlaşdırılmış bakterioloji laboratoriya, avtomatlaşdırılmış hemokultur müayinəsi, viruslu hepatitlərin laborator diaqnostikası barədə geniş məlumatlar verilib.

ETPİ-nin tibb mütəxəssisləri ilə birgə müasir laborator metodlarla bağlı aparılan müzakirələr böyük marağa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə