BDU-da təbiət fakültələri üzrə əhəmiyyətli elmi əsərlər nəşr etdirilib

BDU-da təbiət fakültələri üzrə əhəmiyyətli elmi əsərlər nəşr etdirilib

Ötən il Bakı Dövlət Universitetində (BDU) təbiət fakültələri üzrə əhəmiyyətli elmi əsərlər və digər materiallar nəşr etdirilib. Universitetdən verilən xəbərə görə, həmin materiallardan 16-sı monoqrafiya, 15-i kitab, 38-i dərslik, 49-u dərs vəsaiti, 140-ı proqram, metodiki göstəriş, 981-i isə elmi məqalədir. Məqalələrdən 362-si xarici ölkədə, 619-u respublikamızda dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə