UFAZ-a qəbul olunmaq istəyənlərin qeydiyyatı başlanıb FOTO

UFAZ-a qəbul olunmaq istəyənlərin qeydiyyatı başlanıb FOTO

İyulun 18-dən etibarən ali məktəblərə qəbul imtahanlarından I qrup üzrə 500 və daha yüksək bal toplayan abituriyentlərin qeydiyyatı başlanıb. Qeydiyyat sənədlərini təqdim etmək üçün Azərbaycan Dövlət Neft və Sənaye universitetinə gələn gənclər burada onlar üçün hazırlanmış xüsusi auditoriyada ADNSU-nun əməkdaşları tərəfindən qeydiyyat proseduru haqda məlumatlandırılıblar, daha sonar isə qeydiyyatdan keçiblər.Universitetdən SİA-ya verilən xəbərə görə, dövlət imtahanından I qrup üzrə 662 bal toplamış abitiruyent Nailə İbrahimova kompüter elmlərinə yiyələnmək və bacarıqlı mütəxəssis olmaq üçün Fransız Azərbaycan Universitetini seçdiyini deyib. Abituriyentin sözlərinə görə onun məhz UFAZ-ı seçməkdə məqsədi xarici dil biliklərini artırmaq və Fransanın tanınmış universitetləri ilə tələbə mübadiləsində iştirak etməkdir.

"Qəbul imtahanında yaxşı nəticə göstərdiyim üçün UFAZ-a sənədlərimi təqdim etməyə qərar verdim. Fransa Universitetlərində tələbə mübadiləsində iştirak etmək arzusundayam. Fransız dilini yüksək səviyyədə öyrəmək və eyni zamanda istədiyim ixtisasa yiyələnmək istəyirəm" - deyə, o söyləyib.

Abituriyent onu da qeyd edib ki, əgər UFAZ-a qəbul ola bilməsə ADNSU-da təhsil almaq və Universitetin tələbələrə yaratdığı geniş imkanlarından faydalanmaq niyyətindədir.

595 bal toplayan Rəşid Əhmədli də, tələbələrə geniş imkanlar yaratdığı və iki diplom qazanmaq imkanı yaratdığına görə UFAZ-ı seçdiyini deyib.

"UFAZ-ı ona görə seçdim ki, burada təhsil alandan sonra iki diplom qazanırsan, həm ADNSU-nun, həm də Strasburq Universitetinin. Bundan əlavə də xarici müəllimlərin təcrübələrini öyrənmək onlardan dərs almaq mənə çox maraqlı gəlir."

Qeydiyyat prosesində iştirak edən bəzi valideyinlər də övladlarının UFAZ-da təhsil almasına dəstək olduqlarını və məhz buranı seçdiklərini deyiblər. Valideyin deyib ki, UFAZ haqda eşitdikdən sonra biz övladımızın burada təhsil alamsını istədik. Qızımın Strasburq Universiteti kimi tanınmış bir universitetdə təhsil alması bizim üçün çox sevindirci haldır.

Qeyd edək ki, sənədlərin qeydiyyatı 18 - 23 iyul 2016-cı il tarixləri arasında onlayn rejimdə (ufaz.edu.az saytında) və ya çap olunmuş şəkildə saat 10.00-dan 17.00-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (İKT Mərkəzi, Birinci korpus, Azadlıq pr. 34) təqdim edilməklə baş tutur.

Qeydiyyata alınmış abituriyentlər 27 iyul 2016-cı il tarixində saat 10.00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək imtahanda iştirak

edəcəklər. 2 saat davam edəcək imtahan hər birində 10 sual olmaqla Azərbaycan və rus dillərində riyaziyyat, kimya, fizika və ümumi biliklər bölməsindən və ingilis dilində yazılacaq 2 esseden ibarətdir.

UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə