"Cari ildə Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41965 yer təqdim olunub ki, bu da ötən illə müqayisədə 7,21% çoxdur". SIA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bu gün keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayında biraz fərq var və ötən illə müqayisədə 497 yer artıb: "Ötən il dövlət sifarişli yerlərin sayı 11 714 olmuşdusa, bu il yerlərin sayı 12 221-dir. 11 illik təhsil bazadan orta ixtisas təhsili müəssisələrinə isə bu il 6940 yer ayrılıb. Ötən il isə bu rəqəm 6 133 yer olub. Beləliklə, 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13% artıb". M.Abbaszadə əlavə edib ki, ümumilikdə qəbul planına əsasən 48905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB