Azərbayanda rus bölməsində təhsil alanların sayı artıb

Azərbayanda rus bölməsində təhsil alanların sayı artıb

"Azərbaycanda rus bölməsinə maraq artıb. Belə ki, əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6 faizdən bir az yuxarı idisə, indi bu göstərici 14-15 faizə çatıb". SİA-nın xəbırinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Son dövrlər Azərbaycanda valideynlərin də rus bölməsinə marağının artığını dilə gətirən şöbə müdiri söyləyib ki, valideyn məktəb və tədris dilini seçməkdə tam azaddır.

Nazirlər Kabinetinin qərarı ilə açılacaq pulsuz məktəbəhazırlıq kurslarında rus dili bölməsinin təşkilindən danışan A. Əhmədov söyləyib ki, bunun üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır: "Rus bölməsin açılması məktəbin imkanlarında asılıdır. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə