Nazir: "Pulsuz məktəbəhazırlıq kursları könüllü olacaq"

Nazir: "Pulsuz məktəbəhazırlıq kursları könüllü olacaq"

"Azərbaycan məktəblərində dövlət hesabına açılacaq pulsuz məktəbəhazırlıq kursları tamamilə könüllü olacaq. İstənilən valideyn övladının məktəbəhazırlığa cəlb olunmasına dair qərar verdiyi təqdirdə o, dövlət tərəfindən təmin olunacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbəqədər təhsil ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsidir: "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da məktəbəqədər təhsillə hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edilib. Yeni yaradılacaq qruplarla bağlı əsas məqsəd məktəbəqədər təhsillə əhatə səviyyəsinin ölkə üzrə 90 faizə çatdırılmaqdan ibarətdir. Hazırda isə bu göstərici 20 faizdən aşağıdır. İki il bundan əvvəl Nazirlik tərəfindən pullu məktəbəhazırlıq kursları yaratdılmağa başlanıb. Həmin kurslar ona görə pullu olub ki, dövlət büdcəsində məktəbəhazırlıq üçün Təhsil Nazirliyinə aid hər hansı vəsait nəzərdə tutulmamışdı. Minlərlə uşaq bu kurslara cəlb olunub".

M. Cabbarov söyləyib ki, yeni yaradılacaq kurslar birbaşa uşaqların gələcək təhsil göstəricilərinə təsir edəcək: "Məmnun olduq ki, hökumət bu təklifə müsbət baxdı və baş nazir bununla bağlı müvafiq qərar imzaladı. Biz bu qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıyıq. hansı məktəblərdəki maddi-texniki baza buna imkan verəcək, orada məktəbəqədər hazırlıq kursları təşkil ediləcək. Bu addım nəticəsində məktəbəqədər təhsillə əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə artacaq və buna maraq yüksək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə