Qəbul imtahanlarının ödənişli əsasda aparılması məsələsinə RƏSMİ MÜNASİBƏT

Qəbul imtahanlarının ödənişli əsasda aparılması məsələsinə RƏSMİ MÜNASİBƏT

Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının gələcəkdə ödənişli əsaslarla aparıla bilməsinin mümkünlüyünə münasibət açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, sözügedən məsələ geniş müzakirə olunmalıdır: "DİM müstəqil və yeni yaradılan qurum olduğu üçün onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Lakin burada başqa bir məsələ var. Təhsil alanlar üçün xidmətlərin sifarişçisi dövlətdir. belə olan halda, həmin xidmətlərin ödənişini kim tərəfindən həyata keçiriləcək? Bu, dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən maliyyələşəcək? Bu baxımdan hesdab edirəm ki, məsələ geniş şəkildə müzakirə olunmalıdır".

Məsələ ilə bağlı nazirliyə müraciət daxil olmadığını deyən nazir söyləyib ki, yalnız müraciət olunduqdan sonra rəsmi mövqe bildiriləcək: "DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olub-olmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlıq məsələsidir. Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım M.Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə