"İstənilən qurumun rəhbəri təyinatından sonra ilk növbədə oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur. Bundan sonra həmin qurumda müəyyən dəyişikliklər həyata keçirmək labüd olur". SİA-nın xəbərinə görə, bunu Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva jurnalistlərə açıqlamasında deyib.
Yeni tədris ilində BSU-da yeniliklərin olacağını deyən rektor söyləyib ki, yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik: "Elə bir dövrdə yaşayırıq ki, yeniliklər hər gün bizi izləyir. Çünki biz dünyaya inteqrasiya olunuruq. BSU-da ciddi kadr islahatı ilə bağlı sualı cavablandıran Nurlana Əliyeva qeyd edib ki, ali məktəbdə kadr islahatları aparılacaq.
Sözügedən təhsil müəssəsində müəllimlərin və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı suala aydınlıq gətirən rektor belə söhbətin olmadığını dilə gətirib: "Əslində müəllim zahiri görkəmindən başlayan şəxs olmalıdır. Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan ki, bilinməlidir ki, o müəllimdir. Tələbələrin qarşısında mühazirə oxuyarkən özünün səliqəsi, səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin ümumiyyətlə geymi korporativ geyim olmalıdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harda iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək onu dərk edərək özünü tənzimləsin".
Xatırladaq ki, mətbuatda BSU-nun yeni təyin edilmiş rektorunun müəllim və tələbələrin geyimində forma tələb etməsi ilə bağlı məlumatlar yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB